AlphaBay bağlandı

ABŞ-da ən böyük market hesab edilən AlphaBay bağlandı. Buna səbəb silah, narkotiklər və oğurlanan kimliklər satışı olub.

Baş prokuror Ceff Seşşon bunu tarixdə ən qaranlıq marketin bağlanması kimi izah edib.

Bu satış şirkəti kanadalı Aleksandr Keyzes tərəfindən 2014-cü ildə təsis edilib.

Ədliyyə Nazirliyinin bildirdiyinə görə, o, Tailandda yaşayıb və beynəlxalq əməliyyatlara görə iyulun 5-də həbs edilib. Onun nəzarətdə olduğu vaxt intihar etdiyi bildirilir.

Əməliyyatda Avropanın hüquq-mühafizə agentliyi Avropol, Britaniya, Kanada, Fransa, Almaniya, Litva, Hollandiya və Tailandın səlahiyyətli nümayəndələri iştirak edib.

AlphaBayin dünyada 40 mindən artıq qanunsuz şəbəkəsi fəaliyyətdədir.

Daha əvvəl Almaniya rəsmiləri digər bir qaranlıq market olan Hansa Marketin bağlandığını elan etmişdi. Bildirilmişdi ki, burada qeyri-qanuni silah, zərəhli maddələr, saxta sənədlərin satışı və qanunsuz xidmətlər həyata keçirilirdi.