Bazar ertəsi Vaşınqton şəhərində hərbi bazaya daxil olaraq, 12 nəfəri öldürən fərdi kontraktor haqda yeni məlumat açıqlanıb.
Rəsmilər Aaron Aleksisin Vaşinqton şəhərində ruhi xəstəliklə əlaqədar müalicə almaq üçün müharibə veteranlarının xəstəxanasına müraciət etdiyinin müəyyən edildiyini bildirib.
Avqust ayında Rod Aylend ştatının Nyuport şəhərinə səfər zamanı Aleksis polisə mehmanxanadakı otağın tavanı və divarlarından naməlum şəxslərin onunla danışdığı və yuxusunu pozmaq üçün onun bədənindən vibrasiyalar keçirdiyi haqda şikayət edib.
34 yaşlı sabiq dəniz donanma əsgəri Hərbi Dəniz Sistemləri Komandanlığının işçilərinə atəş açdıqdan 30 dəqiqə sonra davam edən atışma zamanı güllələnərək öldürülüb.
Federal Təhqiqatlar Bürosu onun cinayəti tək törətdiyini və bazaya etibarlı şəxsiyyət vərəqəsi ilə daxil olduğunu deyib. Cinayətin motivi hələlik müəyyən edilməyib.