Suriya üsyançıları Hələb yaxınlığındakı bazanı yenidən ələ keçirib

Suriya fəallarının bildirdiyinə görə, üsyançılar Hələb şəhərinin hava limanı yaxınlığındakı bazanı yenidən ələ keçirib.

Baza uğrunda gedən qızğın döyüşlər zamanı 50-dən artıq insan həlak olub. Onların 30-dan çoxu rəqib döyüşçülər, 20-i hökumət qüvvələrinin əsgərləri olub.

Suriyanın Britaniyada yerləşən İnsan Haqlarının Müşahidəsi qrupu hökumət qüvvələrinin bazanı cümə günü ələ keçirdiyini bildirir.

Üsyançılar "Base 80" adlı bazanı ötən fevral ayında tutmuş və o vaxtdan bəri hökumət onu geri almaq uğrunda mübarizə aparır.