Rusiya Hələbdə atəşkəs elan edib, Suriya isə ultimatum verib

Rusiyanın Suriyanın ən böyük şəhəri olan Hələbdə 10 saatlıq atəşkəs elan etməsi rəqib döyüşçülərə təhlükəsiz korridorlarlə şəhərin evakuasiyasına verilən ultimatumla eyni vaxta təsadüf edir.

Suriyanın dövlət televiziyası Hələbin üsyançıların əlində olan qərb bölgəsindən hökumətin nəzarətində olan şərq bölgəsinə iki keçid məntəqəsinin hazırlandığı nümayiş etdirilib.

Şahidlərin dediyinə görə, rəqib qüvvələrin nəzarətində olan əraziləri tərk edən olmayıb. Baxmayaraq ki, hazırlıqlar insanların evkusiyasını nəzərdə tutur.

Hələb parlamentinin üzvü Faris Şalki mediaya bildirib ki, üsyançılar səhər sakinlərini girov götürərək, onların şəhəri tərk etməsinə mane olur.

London və ya Nyu-York əraziləri islamçıların əlində olsaydı, Qərb nə edərdi?


Rəqib qüvvələri "muzdlular" və "girovdarlar" adlandıran nümayəndə onların insanlara 300 dollar ödəməklə şəhərin şərq hissəsini tərk etməyə təşviq etdiyini deyib. O, "London və ya Nyu-Yorkun əraziləri islamçıların əlində olsaydı, Qərb nə edərdi?"- deyə, sual edib.

Üsyançıların məsləhətçisi Üsama Əbu Zeid isə Səudiyyə Ərəbistanının Əl-Ərəbiyyə telekalına insanların hökumətin əlində olan ərazilərə inamsızlıq üzündən keçmədiyini bildirib.

Suriya hökumətinin müşaviri Əbdel Həmis Sərəfi mediaya bildirib ki, prezident Əsədin üsyançılara silahlarını yerə qoymaq müqabilində bir neçə ay əvvəl irəli sürdüyü amnistiya təklifi hələ də qüvvədədir.

O, təklifin daha 3 ay müddətinə uzadıldığını deyib.

Suriyan ordusunun tankları isə Hələbin yaşayış məntəqəsi, yenicə salınan Əsəd şəhərinə doğru irəliləməyə çalışan üsyançıları atəşə tutub.

Atəşkəs elan edən Rusiya isə Admiral Kuznetsov təyyarədaşıyan da daxil edilməklə, öz hərbi gəmilərini Suriya sahillərinə yaxınlaşdırıb.

BMT atəşkəsdə iştirak etmir. Təşkilat israr edir ki, təhlükəsiz şəkildə iş aparacağına dair inandırıcı təminat əldə etməyib.

Almaniyanın xarici işlər naziri Frank Uolter Steyinmayer atəşkəsin humanitar yardımların çatdırılması üçün çox qısa olduğundan şikayətlənib.

Hələbin üsyançıların əlində olan qərb bölgəsində təqribən 250 min insan qalıb. Hökumətin nəzarətində olan şərq bölgəsində isə təxminən bir milyon insan yaşayır.