Beynəlxalq tənqidlərə baxmayaraq, Belarus prezidenti Aleksandr Lukaşenko rəsmən ötən həftə keçirilən prezident seçkilərinin qalibi elan edilib. Mərkəzi Seçki Komissiyası bildirir ki, cənab Lukaşenko səslərin 80 faizini toplayarq dördüncü dönəm hakimiyyətə vəsiqə qazanıb. Beynəlxalq müşahidəçilər və Qərb liderləri dekabrın 19-da keçirilən seçkilərdə kütləvi saxtakarlıqların baş verdiyini demiş və cənab Lukaşenkonu səsvermənin ardınca repressiyaya əl atmaqda günahlandırmışlar. Cənab Lukaşenkoya rəqib olmuş səkkiz namizəddən yeddisi küçələrə çıxmış minlərlə adamla bərabər həbs olunub. Aleksandr Lukaşenko 1994-cü ildən bəri Belarusu avtoritar qaydada idarə edir.