Aleksandr Lukaşenko dördüncü dəfə prezidentlik andı içdi

Aleksandr Lukaşenko dördüncü dəfə prezidentlik andı içdi

Belarus prezidenti Aleksandr Lukaşenko dördüncü dönəm prezidentliyə and içib. Andiçmə mərasimi ötən ayın qalmaqallı seçkilərindən sonraya təsadüf edir. Mərasimdə çıxış edən cənab Lukaşenko insan haqlarını qoruyacağını vəd edib.

Avropa səfirləri cənab Lukaşenkonun siyasi opponentlərə və insan haqları fəallarına qarşı basqılarına etiraz əlaməti olaraq andiçmə mərasiminə qatılmayıblar. Minskdə mərkəzi sarayda nitq söyləyən Aleksandr Lukaşenko beynəlxalq tənqidləri qulaqardına vuraraq "bütün vətəndaşların insan haqlarını və azadlıqlarını" qoruyacağını söyləyib.

Bu həftənin əvvəlində Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Katerin Aşton hökumət siyasi məhbusları azad etmədiyi təqdirdə Belarus rəsmilərinə qarşı səyahət qadağaları qoyulacağına siqnal vermişdi. Amerikalı Demokrat Senator Ben Kardin deyib ki, ABŞ, Avropa və başqaları cənab Lukaşenkonun müxalifətə qarşı basqılarına sərt cavab verməlidir. ABŞ Helskinki Komissiyasına həmsədrlik edən cənab Kardin dərhal və qeyd-şərtsiz qaydada bütün həbsə alınmış jurnalistlərin və müxalifət fəallarının azadlığa buraxılmasına çağırıb.

Cənab Lukaşenko Avropa İttifaqının sanksiyalarına qarşı cavab ölçülər götürməklə hədələyib.