Əl Şabab qrupunun liderlərindən biri militant qrupu tərk etdiyini iddia edir

Əl Şabab qrupunun liderlərindən biri Somalidə qərargahlanan militant qrupu tərk etdikdən sonra Somali hökuməti ilə sülhə nail olmaq üzərində işlədiyini iddia edir.

Əbu Mansur adı ilə də tanınan Muxtar Robov dünən bu barədə Moqadişuda oteldə, müxbirlər qarşısında bəyanatla çıxış edib.

Robov deyib ki, o digər əl-Şabab liderlərindən fərqli düşündüyündən və qruplar arasında idaloji fərqliliyin olması səbəbindən beş il əvvəl qrupu tərk edib.

“Beş il və yeddi ay mən Bakul regionunun cəngəlliklərində yaşadım. Mən hücuma məruz qaldım. Onlar məni öldürməyə cəhd etdi. Amma Allah mənə yardım etdi və mən onalra qarşı mübarizə apardım və özümü müdafiə edə bildib” deyə Muxtar Robov bildirb.

Sabiq əl-Şabab rəsmisi Somali hökuməti ilə danışıqlar apardığını bildirib və deyib ki, onlar uzun zaman davam edəcək sülh üçün yol aça biləcək.