Somalidə hücumlar

Somalinin paytaxtında şahidlər yaraqlıların məşhur otelə hücumu nəticəsində azı 10 nəfərin öldüyünü və 15 nəfərdən çoxunun yaralandığını bildirib.

Təlafatın çoxunun avtomobilə yerləşdirilmiş bombanın Ambassador mehmanxanasının qarşısında partladılarkən baş verdiyi deyilir. Hadisə baş verən zaman bir çox insan axşam namazı qılırdı.

Somali qanunvericisi Məhəmməd İmail Şuriye Amerikanın Səsinə bildirib ki, iki hücum zamanı iki parlament üzvü, Abdulla Cama Kaboveyne və Məhəmməd Qure öldürülüb. O deyib ki, üçüncü qanunveric, Abdulla Haşi hadisə zamanı yaralanıb.

Hücum Somali rəsmiləri Əl-Şəbab qrupunun yüksək rütbəli komandirinin hərbi əməliyyat zamanı öldürülməsi xəbərini verməsindən bir neçə saat sonra baş verib.

2015-ci ilin aprel ayında Keniyanın Garissa Universitetində əksəriyyəti tələbə olan 148 nəfərin ölümü ilə nəticələnən hücumu Dulyadeyn ləqəbi ilə tanınan Məhəmməd Mahmudun planlaşdırdığından şübhələnilir.

Dulyadeyn Kismayo şəhərindən 30 kilometr cənubdakı Bula-Gaduud şəhərində öldürülüb.

Somalidə qərərgahlanan Əl-Şəbab ölkədə sırf İslam dövləti qanunları tətbiq etmək məqsədi ilə 2006-cı ildən bəri mübarizə aparır.