"Tamaşaçılar Azərbaycan seriallarını bəyənməyə başlayırlar," deyə "Sənə İnanıram" teleserialının baş qəhrəmanı obrazını ifa edən aktyor Ruslan Sabirli Amerikanın Səsinə müsahibəsində öz sənəti haqda danışır. Azərbaycan teleseriallarının xarici, ələlxüsus türk teleserialları ilə rəqabət apardığını deyən Ruslan son illərdə yerli auditoriyadan daha çox diqqət görməyə başladığını söyləyir.
Bu yaxınlarda Almaniyaya bir aylıq səfəri zamanı teleserial çəkilişi haqda çox şey öyrəndiyini deyən Ruslan öz işində bu təcrübədən yararlanacağına ümidini ifadə edir. Ruslanın sözlərinə görə öyrəndiyi təcrübə onda təkcə aktyor kimi yox, həm də rejissor kimi güclü özünə-inam yaradıb.
Azərbaycan teleseriallarınn populyarlaşmasına başlıca işarə kimi o, Facebook səhifəsinə gələn mesajların, You-Tube-a yerləşdirilən serialların izləmə sayının çoxaldığını gördüyünü deyir.
Aktyorun dediyinə görə, yerli seriallara marağın artmasına səbəblərdən başlıcası serialların çəkilmə keyfiyyətinin güclənməsi və bu sahədə peşəkarlığın artmasıdır.
Erkən yaşlarından musiqiyə böyük həvəs göstərən Ruslan son illərdə bir sıra musiqi kompozisiyalarını aranjeman etdiyini və bu sahədə fəaliyyətini genişləndirəcəyini deyir.
Your browser doesn’t support HTML5