AXCP fəalları Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib

Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası

İyulun 14-də bir qrup AXCP fəalı Ədliyyə Nazirliyinin binası qarşısında AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlıya qarşı 1 saylı Bakı İstintaq Təcridxanasında qeyri-insani rəftara son qoyulması tələbi ilə etiraz aksiyası keçirib. Etirazçılar Gözəl Bayramlının fotosu əks olunmuş plakatlar qaldırıb, “Azadlıq!”, “Gözəl Bayramlının dərmanlarını verin!”, “Siyasi Məhbuslara azadlıq!”, “İşgəncələrə son!” şüarları səsləndirib.

Polis aksiyayanı dağıdıb, saxlananlar var.