Avropada yaşayan azərbaycanlılar Berlində etiraz aksiyası keçirib (Video)

Berlində etiraz aksiyası (Görüntü AzadlıqRadisounun videosundan götürülüb)

Aksiya Azərbaycan səfirliyinin qarşısında olub

Avropa ölkələrində yaşayan azərbaycanlılar yanvarın 18-də Berlində aksiya keçirib. Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycanın Berlindəki səfirliyinin qarşısına toplaşan aksiyaçılar Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsini, müstəqil və müxalif fikirli ictimai-siyasi təşkilat və şəxslərə qarşı repressiyaların dayandırılmasını tələb ediblər.

Berlində etiraz aksiyası (Görüntü AzadlıqRadisounun videosundan götürülüb)