İyunun 24-də Strasburqda Sərhədsiz Reportyorlar və beynəlxalq qurumunun təmsilçiləri Avropa Şurasının binası qarşısında aksiya keçirib.
Aksiya iştirakçıları Amerikanın Səsinə bildirib ki, aksiya Azərbaycanda jurnalistlərin azadlığı tələbi ilə keçirilib.
Aksiyada mühacirətdə yaşayan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid də iştirak edib.
Sərhədsiz Reportyorlar Azərbaycanda həbs olunan jurnalistlərin sayının artığını və bu problemin hələ də həllinin tapılmadığını bildirib.
Prezident İlham Əliyevin plakatı qaldırılan aksiyanın əsas məqsədi Avropa Şurası təmsilçilərinin diqqətini bir daha Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə yönəltmək, siyasi məhbusların, o sıradan həbsdə olan jurnalistlərin azadlığa çıxmasını rəsmi Bakıdan tələb etmək idi.
Dünən prezident İlham Əliyevin AŞPA-da çıxışı zamanı zalda daha bir aksiya keçirilib.
Mühacirətdə yaşayan azərbaycanlılar ağızlarını bağlayıb, siyasi məhbusların şəkilləri olan köynək geyninib.