Bakıda Krıma dəstək aksiyası keçirləcək

VHP ve Dak aksiya keçirəcək

Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə martın 17-də saat 15:00-da Rusiyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyir.

Partiyadan verilən məlumata görə aksiya Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcək.

Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdləri pisləyən, Ukrayna xalqına və Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndirilməsi nəzərdə tutulub.

Partiya bildirib ki, bununla bağlı mart ayının 12-də qanuna müvafiq olaraq VHP sədri Sabir Rüstəmxanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib.