Aksiyada saxlananlar cərimələndi, həbs edilənlər var - Tam siyahı

Yeganə Hacıyeva - 26 yanvar 2013

Yanvarın 26-sı Bakıda keçirilən aksiya zamanı saxlanan 60-dan çox etirazçının böyük əksəriyyəti azadlığa buraxılsa da, bəziləri məhkəmənin qərarı ilə həbs cəzasına məhkum edilib. Onlar əsasən aksiyanın təşkilatçısı qismində saxladığı üçün həbs cəzası alıb.

Təşkilatçı qismində saxlanan digər etirazçı Turqut Qəmbər isə 2500 manat məğləğində cərimə olunub. İndiyədən məlum olan tam siyahını təqdim edirik.

Emin Milli - 15 sutka həbs
Əbulfəz Qurbanlı - 13 sutka həbs
Türkel Əlisoy - 13 sutka həbs
Turqut Qəmbər - 2500 manat cərimə
Gözəl Bayramlı - 2000 manat cərimə
Elşən Həsənov - 600 manat cərimə
Elçin Cərullazadə - 600 manat cərimə
Ziya Bayramov - 600 manat cərimə
Elnur Carçiyev - 600 manat cərimə
Tofiq Dadaşov - 450 manat cərimə
Xədicə İsmayıl - 400 manat cərimə
Səfa Atakişiyev - 400 manat cərimə
Aygul Pəncəliyeva - 400 manat cərimə
Nihad Hüseynov (AXCP) - 500 manat
Emil Bağırov (VHP) - 450 manat
Bəxtiyar Hacıyev - 600 manat

Jurnalist Şahvələd Çobanoğlu Qaradağ ərazisinə aparılaraq orada azad ediblər. Müsavat başqanını müşaviri Yeganə Hacıyeva polislər tərəfindən zorakılığa məruz qalaraq, döyülüb. AXCP fəalı Kəmalə Bənəniyarlının qolu sındırılıb. Nərgiz Yaqublunun məhkəməsi gələn həftənin bazar ertəsinədək təxirə salınıb.