O girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatət vermişdi
İyulun 5-də Səbayel Rayon Məhkəməsinin hakimi Eldar Şamayev Prezidentin keçmiş işlər müdiri Akif Muradverdiyevin pul girovu müqabilində həbsdən azad edilməsi barədə vəsatətini təmin etməyib.
Vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib ki, məhkəmə heç bir tutarlı əsas gətirməyib.
Cinayət Prossesual Məcəlləyə görə, A.Muradverdiyevə irəli sürülən ittiham üzrə girovun məbləği 10 min manat təşkil edir.
Lakin məhkəmə imtinanı onunla əsaslandırıb ki, A.Muradverdiev azadlıqda qalarsa, istintaqdan yayına bilər.
Eyni zamanda A.Muradverdiyevin həbsindən sonra onun barəsində heç bir istintaq hərəkəti aparılmayıb.
Qeyd edək ki, A. Muradverdiyev iyunun 20-də Moskvaya gedərkən Bakı hava limanında saxlanılıb. O, bütün nəzarət məntəqələrini keçib, təyyarəyə minərkən saxlayıblar və əl yükünü alıblar. Əl yükündən Çar Rusiyası dövrünə aid 40 ədəd qızıl pul çıxıb.
A. Muradverdiyev bildirib ki, pulları onun çantasını alarkən özləri qoyub.
O, Cinayət Məcəlləsinin 206.1 maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunub, 2 ay müddətinə həbs edilib.