MTN Muradverdiyevin çantasından Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkənin aşkar edildiyini, Muradverdiyev isə sikkələrin çantasına atıldığını iddia edir
Vəkil Fuad Ağayev bu gün MTN-in istintaq təcridxanasında dünən həbs edilmiş Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevə baş çəkib.
Vəkil Amerikanın Səsinə bildirib ki, Muradverdiyev özünü təqsirsiz hesab edir. O, vəkilə saxlanmasının hallarını danışıb.
İyunun 20-də səhər Muradverdiyev Moskvaya yolda düşməyə hazırlaşırdı. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib. Təyyarəyə miniyə gəldikdə mülki geyimli bir şəxs ona yaxınlaşıb və nəzakətlə “bir işlə bağlı” yubanmağı və onunla gəlməyi xahiş edib.
Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər. Daha sonra onu otağa dəvət ediblər və onunla söhbət etməyə başlayıblar.
Sonra Muradverdiyevin çantasını otağa gətiriblər və içərisində nə olduğunu soruşublar, o, təxminən 1400 dollar, 900 manat pul, bank kartı və geyim əşyaları olduğunu deyib. Sonra onun yanında çantanı açıblar və geyimin altından içərisində qızıl sikkələr olan torba çıxarıblar.
“Aydındır ki, qızıl sikkələr Muradverdiyevin çantasına atılıb. Yoxsa onları nəzarət məntəqələrindən keçərkən aşkar edərdilər, burada metal əşyaların aşkarlanması üçün diqqətli yoxlama həyata keçirilib”, deyə Ağayev bildirib.
Vəkil Muradverdiyevin MTN-də saxlanmasını və həbsini qanunsuz hesab edir.
Onin fikrincə, “qaçaqmalçılıq” MTN-in araşdırmalı olduğu cinayətlərə aid deyil. Bu, gömrük qurumunun səlahiyyətinə aiddir.
A.Muradverdiyevin qohumları bildiriblər ki, o 18 min manat dəyərində qızıl pul qaçaqmalçılığında ittiham olunur.
“Hətta Akif Muradverdiyevdə həmin pullar olsaydı belə, nədən özü ilə ölkədən çıxarmalıydı. Bu, cəfəng ittihamdır”, - F.Ağayev qeyd edib.
O xatırladıb ki, 2005-ci ildə Azpetrol şirkətinin keçmiş rəhbəri, keçmiş iqtisadi inkişaf nazirinin qardaşı Rafiq Əliyev də aeroportda analoji yolla saxlanılmışdı. O zaman onu da iri məbləğdə nağd pul aparmaq cəhdində ittiham etmişdilər. Halbuki, o, çox rahat şəkildə bank kartı ilə gedib pulları xaricdə çıxara bilərdi.
“Görünür, həbs sifarişini yerinə yetirən hüquq-mühafizə orqanlarının fantaziyası zəifdir və həqiqətəbənzər yeni bir şey fikirləşə bilməyiblər”, - o vurğulayıb.
A.Muradverdiyev bundan əvvəl də cinayət təqibinə məruz qalıb.
2005-ci ildə parlament seçkilərindən əvvəl o, digər yüksək vəzifəli məmurlarla birlikdə dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham olunmuşdu. Sonradan bu ittiham iqtisadi ittihamla əvəz olunub və 6 il həbsə məhkum edilib. Lakin 2008-ci ilin əvvəlində şərti olaraq azadlığa buraxılıb.
Öz növbəsində, MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA agentliyinə bildirib ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.
Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.