Akif Muradverdiyev saxlanıb (yenilənib)

Akif Myuradverdiyev

Prezident Administrasiyasının işlər idarəsinin keçmiş rəhbəri Bakı aeroportunda saxlanıb
Akif Muradverdiyev hazırda Səbayel rayon məhkəməsinə gətirilib. Məhkəmənin qarşısında olan qohumlarından biri Amerikanın Səsinə bildirib ki, Muradverdiyev səhər saatlarında saxlanıb.

İlkin məlumatlara görə, o aerorotun gömrük və sərhəd xidmətlərini keçib neytral zonaya daxil olanda saxlayıblar və çantasında guya 18 min manat dəyəri olan 10-luq qızıllar olduğunu deyiblər. Halbuki bu vaxta qədər onun bütün yükləri gömrük nəzarətindən keçib və yoxlanıbmış. Muradverdiyev Moskvaya uçurmuş.

********

İyunun 20-də Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev Bakı aeroportunda saxlanıb. Bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib.

Vəkilin məlumatına görə, A.Muradverdiyev hazırda Səbayel rayon Polis İdarəsində və ya məhkəməsindədir. Muradverdiyevin mobil telefonu zənglərə cavab vermir.

İlkin məlumatlara görə, guya ondan qadağan olunmuş nə isə tapılıb.

A.Muradverdiyev 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmişdi. Sonradan bu ittiham iqtisadi ittihamla əvəz olunub və 6 il həbsə məhkum edilib.

Muradverdiyev 2008-ci il yanvarın 15-də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzası şərti hesab edilərək azadlığa buraxılıb.