Sənayeləşməmiş Urmiyə niyə İranın ən çirkli şəhərləri arasındadır?

Urmiyə, İran Azərbaycanı

Tehran, Təbriz və Urmiyədə məktəblər havanın çirklənməsi səbəbilə bağlıdır

İranın müxtəlif vilayətlərində təhlükəli həddə çatan hava çirklənməsi Tehran, Təbriz və Urmiyə şəhərlərində dekabrın 16-dan bəri məktəblərin bağlanmasına səbəb olub.

İran xəbər agentliklərinin məlumatına görə, hər üç şəhərdə əlaqədar qurumlar təhlükəli vəziyyətin davam etdiyini və məktəblərin dekabrın 19-da da tətil olduğunu elan ediblər.

Urmiyə, İran Azərbaycanı

Qərbi Azərbaycan vilayətinin ətraf mühit idarəsinə istinadən, Urmiyədə hava çirkliliyi dekabrın 12-dən bəri təhlükəli həddə çatıb.

Ekspertlər xüsusilə sənayeləşməmiş və yaşıl ərazisi ilə məşhur olan Urmiyədə hava çirklənməsinin yanlış idarəetmə siyasətləri üzündən təhlükəli vəziyyətə gəldiyini vurğulayırlar.

Urmiyə Gölü ətrafında mövcud ekoloji fəlakətin Təbriz və Urmiyə kimi şəhərlərdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatmasına böyük təsir göstərdiyi bildirilir.

Ekspertlər xüsusilə sənayeləşməmiş və yaşıl ərazisi ilə məşhur olan Urmiyədə hava çirklənməsinin yanlış idarəetmə siyasətləri üzündən təhlükəli vəziyyətə gəldiyini vurğulayırlar.

Universitet müəllimi və ətraf mühit fəalı Behnam Bəhraminin sözlərinə görə, Urmiyə Gölünü canlandırma layihəsinin düzgün həyata keçirilməməsi nəticəsində Urmiyə də çirkli şəhərlər arasındadır.

“Bağları, dərələri və yaşıl dağları ilə məşhur olan Urmiyədə hava çirklənməsi niyə bu sürətlə artmaqdadır? Nədən Urmiyə kimi bir şəhər son günlərdə hava çirkliliyinin təhlükəli həddə çatdığı şəhərlər siyahısında? Bir çox insan bu suallara cavab axtarır,” Behnab Bəhraminin bu sözləri mətbuatda dərc edilib.