Aida Bağırova: Azərbaycan İŞİD təhlükəsindən sığortalanmayıb [Audio]

Bakı Dövlət Universitetinin dosenti,ərəbşünas Aida Bağırova İraqdakı durumun ciddiliyinə Azərbaycan ictimaiyyətinin necə reaksiya verdiyindən danışarkən bildirib ki, ilk gündən Azərbaycanda İraq hadisələrinə ciddi reaksiyalar verilir.“Azərbaycanda İraqdakı proseslərin türkmən eli deyilən, bizim soydaşlarımızın yaşadığı ərazilərdə başlamasına görə həm ciddi, həm də təəssübkeş münasibət göstərilir. Kütləvi İnformasiya Vasitələri, ekspertlər, siyasi yazarlar məsələ ətrafında öz fikirlərini ictimaiyyətə çatdırırlar.

Your browser doesn’t support HTML5

Aida Bağırova ilə müsahibə

Azərbaycan Yaxın Şərqə yaxın bir ölkə kimi bu təhlükədən sığortalana bilməz


Rəsmi Bakının mövqeyinə gəlincə isə Aida xanım bu haqda kəsin mövqe bildirilmədiyini, lakin bəzi dövlət qurumlarının ekspert səviyyəsində açıqlamalar verdiyini vurğulayıb.

İŞİD-in ərazi planı



Sünni-şiə münaqişəsinin,ələlxüsus Azərbaycan olmaqla, regional təsirlərinini ciddildindən danışan Aida xanım bunun regiona olduqca təhlükəli təsiri ola biləcəyini bildirib. O deyib ki, Azərbaycan Yaxın Şərqə yaxın bir ölkə kimi bu təhlükədən sığortalana bilməz.