Avropa komissarı TANAP layihəsinin ratifikasiyasını alqışlayıb

TANAP

Milli Məclis Türkiyənin ərazisi vasitəsilə qazın nəqli üçün qaz kəmərinin tikintisi haqqında və TANAP sistemi üzrə sazişləri təsdiqləyib
Avropa İttifaqının (AI) energetika üzrə komissarı Günter Ottinger Azərbaycan parlamentinin TANAP qaz kəmərinin inşasına dair sazişi ratifikasiya etməsini alqışlayır.

“Azərbaycanın sazişi ratifikasiya etməsi bu ölkənin Avropaya qaz nəqlində qətiyyətli olmasından xəbər verir. Bu qaz kəməri o deməkdir ki, qaz Avropa sərhədinə qədər çatdırılacaq və sonra Avropa İttifaqı çərçivəsində dövr edəcək.

Azərbaycanı, dəqiq desək SOCAR-ı Avropa bazarında alqışlamaq bizim üçün xoşdur”, - Ottinger vurğulayıb.

TANAP layihəsi Türkiyənin və Avropa İttifaqının enerji təhlükəsizliyinə xidmət edəcək.

Xatırladaq ki, bu həftə Milli Məclis Türkiyənin ərazisi vasitəsilə qazın nəql edilməsi üçün müstəqil qaz kəmərinin tikintisi haqqında sazişi, həmçinin Azərbaycan və Türkiyə hökumətləri arasında TANAP sistemi üzrə sazişləri təsdiqləyib.