Avropa İttifaqı hökuməti fundamental azadlıqlara hörmətlə yanaşmağa çağırıb
Avropa İttifaqı (AI) Azərbaycanla bütün səviyyələrdə əməkdaşlığa hazırdır, lakin hökumət vətəndaşların fundamental azadlıqlarına hörmətlə yanaşmalı, seçki qanunvericiliyini bu tələblərə uyğunlaşdırmalıdır. Bu barədə genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Füle dekabrın 9-da Brüsseldə Azərbaycanla Aİ arasında Əməkdaşlıq üzrə Şuranın iclasının yekunlarına əsasən bildirib.
Görüşün yekunlarına dair brifinqdə çıxış edən Füle deyib.
“Biz Azərbaycanla Avropa İttifaqı arasında yaxınlaşmanı görməkdən məmnunuq. Vilnüsdə viza rejiminin sadələşdirilməsinə dair saziş imzalanıb və biz bütün səviyyələrdə belə əməkdaşlıq istəyirik. Assosiativ saziş və strateji tərəfdaşlıq davam edir”, - Füle vurğulayıb.
Avropa komissarı Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulmaq üzrə işi sürətləndirməyə çağırıb ki, bu da ticarət əlaqələrinin irəliləməsi və geniş, azad ticarət zonasının yaradılması üçün şərtdir.
Eyni zamanda Füle qeyd edib ki, fundamental azadlıqlar qarşılıqlı münasibətlərin fundamental elementləri olaraq qalır.
“Biz Azərbaycanı bu məsələdə öz beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmağa çağırırıq. Media, toplaşma və birləşmə azadlığı kimi sahələrdə çox işlər görmək lazımdır.
Bundan əlavə, seçki qanunvericiliyini ATƏT DTİHB-nin tövsiyələrinə uyğunlaşdırmaq lazımdır. Bu, tez baş verməlidir ki, ölkə gələn il şəffaf və ədalətli bələdiyyə seçkiləri, 2015-ci ildə parlament seçkiləri keçirə bilsin. Korrupsiyaya qarşı mübarizə sahəsində çox iş görmək lazımdır”, - o vurğulayıb. Məlumatı Avropa İttifaqı İnformasiya Mərkəzi yayıb.
Qeyd edək ki, Azərbaycanın Brüsseldəki səfirliyinin hesabatında deyilir ki, nazir müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə nümayəndə heyəti Qarabağ münaqişəsi ətrafında vəziyyəti, Avropa enerji təhlükəsizliyi, nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.