Kaliforniyada bir startap ayrı-seçkiliyi azaltmaq məqsədilə çağrı mərkəzi işçilərinin ləhcələrini gizlətmək üçün süni intellektdən istifadə edir. Ancaq bəziləri bununla müxtəliflyin aradan qaldırıldığını deyir.
Qlobal iqtisadiyyatda müştəri xidmətinə zəng edəndə çox güman ki, həmin zəngə dünyanın başqa bir hissəsində bir nəfər cavab verir. Çağrı mərkəzi işçiləri dil və mədəniyyətləri onlardan fərqli olan müştərilərlə effektiv şəkildə ünsiyyət qurmaq üçün aylarla təlimdən keçirlər.
Proqramçı Şarat Narayana deyir ki, bu təlimə rəğmən ləhcələr tez-tez maneə törədir.
“Onlar hər gün ən azından bir neçə dəfə müəyyən səviyyədə ayrı-seçkilik və bəzən birbaşa pis rəftarla üzləşirlər,” Sanas AI-nin həmtəsisçisi Şarat Keşava Narayana deyir.
Narayana Kaliforniyada qərargahlanan Sanas AI-ın həmtəsisçisidir. Sanas AI-ın inkişaf etdirdiyi texnologiya danışan insanın necə səsləndiyini dəyişdirə bilir. Məqsəd onların ləhcələrini daha anlaşılan hala gətirməkdir. Filippindən çağrı mərkəzi işçisi texnologiyanın necə işlədiyini nümayiş etdirir.
Fərq hiss edilməyən dərəcədə az olsa da, Narayana deyir ki, o, çağrı mərkəzi işçilərinə ayrı-seçkilikdən yayınmağa yardım edir.
“Biz bu insanın Hindistandan və ya Filippindən olduğu faktın gizlətməyə çalışmışırq. Amma həmin bu insan o qədər aydın, o qədər özünə güvənən şəkildə və o qədər səlis danışır ki, qarşı tərəfdəki insan onunla söhbət etmək istəyir,” Şarat Keşava Narayana deyir.
Zəng edənlər tərəfindən ayrı-seçkilik və pis rəftar halları zəng mərkəzi işçilərinin işdən çıxmalarına səbəb olan amillərdəndir. Narayana özü bir vaxtlar belə bir mərkəzdə çalışıb və zəng edənlərin davranışına bəraət qazandırmasa da, nə baş verdiyini anladığını deyir.
“Onlar ləhcə eşidəndə, güvənləri azalır “Mən uzun zamandır problemimin həll olunmasını gözləyirəm. İndi isə özü və ya səsi ilə əlaqə yarada bilmədiyim birinə bağlanmışam? Bu insan həqiqətən də mənim problemimi həll edə bilərmi?” o bildirir.
Sosioloq Aniş Aniş deyir ki, Sanas kimi alətlər çağrı mərkəzi işçilərinin üzərindəki yükü azaltmağa yardım edə bilər.
Ancaq Aniş narahatdır ki, bu, həm də texnologiyadakı insani keyfiyyətləri aradan qaldıran trendlərə, o cümlədən müxtəlifləyin aradan qaldırıldığına işarə edir.
“Kommunikasiyalarımızın çoxu bir növ texnologiya vasitəsilə olur. Amma texnologiyaların ləhcənizi dəyişməsi, bu sizi öz avatarınıza çevirməkdir. Bunun arxasındakı aparıcı qüvvə insanlar arasında anlayışı inkişaf etdirmək deyil, buradakı aparıcı qüvvə tranzaksiya məqsədi daşıyır. Belə ki, hər şey funksional şəkildə həyata keçirilməlidir," o deyir.
Narayana deyir ki, sistemlərinə məcburi olmayan Sanas-ın quraşdırıldığı işçilərin 97 faizi ondan hər gün istifadə edir.
“Mənim Sanasdan istifadə olunan telefon danışığımı dinləmək fürsətim oldu və “wow” elə səslənirdi sanki ingilis dili mənim ana dilimdir, amma əslində belə deyil,” o bildirir.
“Mənim səsimi dəyişdirməyə məcbur qoymadan digər insanın məni çox aydın şəkildə anlamasını təmin edən bir texnologiya varsa, bu çox gözəl bir şeydir” o əlavə edir.
Hələlik, belə görünür ki, süni intellekt insanların ünsiyyət qurmasına yardım edir.