Bakıda Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı müzakirə edilib
Martın 28-də Azərbaycan Milli Məclisində (parlament) Avropa İttifaqı (Aİ) - Azərbaycan parlament əməkdaşlığı komitəsi bürosunun iclası keçiriıib.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, vitse-spiker və komitənin həmsədri Valeh Ələsgərov bildirib ki, Azərbaycan Aİ ilə əlaqələrin genişləndirilməsinə mühüm önəm verir. “İkitərəfli görüşlər Aİ və Azərbaycan arasında mövcud əlaqələrin inkişafına xidmət edəcək”, o qeyd edib.
Komitənin Çexiyadan olan həmsədri Milan Kabrnox deyib ki, Azərbaycan Aİ ilə əməkdaşlıq edən dost ölkədir. Onun sözlərinə görə, komitə Azərbaycanı demokratik ölkə hesab edir. O, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini bildirib.
Yığıncaqda Azərbaycan və Aİ nümayəndə heyətləri arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.