Şahzadə Vilyam nişanlısı Keyt Midltonu toylarından bir neçə gün əvvəl anasının məzarını ziyarətə aparıb.
Britaniyanın Mirror qəzetinin bu gün verdiyi məlumata görə, şahzadə Vilyam və Keyt Midlton bu yaxınlarda şahzadə Dayananın ailəsinin malikanəsinin yerləşdiyi Althorpa səfər edib və onun məzarı üzərinə əklil qoyublar.
Kral ailəsinin sözcüsü səfərlə bağlı açıqlama verməyib. Lakin şahzadə Vilyam əvvəllər deyib ki, o, anasının toy sevincindən məhrum olmasını istəmir.
Viliam ötən il anasının sapfir və brilyant daşlarla işlənmiş üzüyünü Ketiyə bağışlayıb.
Kral sözcüsü Keytin valideyinlərinin Vilyamın nənəsi kraliça Yelizaveta ilə çərşənbə günü nahar etdiklərini təsdiqləyib. Bu onların ilk görüşü olub.