Ötən həftə Barselonada keçirilən Mobil Dünya Konqresində sağlamlıq və təhlükəsizliyi təmin edən ayaqqabılar nümayiş etdirilib.
Ayaqqabınıza Ruawalk taxmaqla siz ritmə uyğun daha rahat addım ata bilərsiniz.
Ruawalk musiqinin yürüş tempini idarə edən musiqi proqramıdır. Onun məqsədi yürüş edərkən darıxmağın qarşısını almaq və idman edən insanın vaxtına qənaet etdirməkdir/Vu Yanq Sim
“Ruawalk musiqinin yürüş tempini idarə edən musiqi proqramıdır. Onun məqsədi yürüş edərkən darıxmağın qarşısını almaq və idman edən insanın vaxtına qənaet etdirməkdir,” deyə Vu Yanq Sim bildirir.
Cənubi Koreyanın Wearable Healthcare, yəni Taxılabilən Sağlamlıq adlı şirkətinin bu kiçik cihazı alqoritmlərdən istifadə edərək istifadəçilərə xüsusi məqsədlərlə edilən yürüşlərin tempinə uyğunlaşdırılan musiqi proqramı hazırmalağa yardım edir.
Ruamusic-in proqramlarına müxtəlif mahnılar daxildir. Məsələn, bunlardan biri çəki itirmək üçün sürətli yürümək istəyən insanlar üçün nəzərdə tutulan I'm on a Diet, yəni Mən Pəhrizdəyəm mahnısıdır. Mövcud musiqi janlarına isə elektronik rəqs, R&B və cazz daxildir.
Fransada qərargahlanan Intellinium startap şirkətinin hazırladığı ayaqqabılar isə fərqli bir ritmdən, Mors kodundan istifadə edir.
Ucqar, təhlükəli və ya səs-küylü iş yerlərində işçilərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulan ağıllı təhlükəsizlik ayaqqabılarının içində telekommunikasiya var.
Ayaqqabının içində iki sensor var, biri buradadır və əl barmağınızla onu basıb, bəzi siqnallar göndərə bilərsiniz. Digər sensor isə içindədir. Ona da ayaq barmağınızla basaraq siqnal göndərə bilərsinizşMetyu Destrian
“Ayaqqabının içində iki sensor var, biri buradadır və əl barmağınızla onu basıb, bəzi siqnallar göndərə bilərsiniz. Digər sensor isə içindədir. Ona da ayaq barmağınızla basaraq siqnal göndərə bilərsiniz. Bu xüsusilə də, qollarınızın sındığı ya da əllərinizin əvəzinə ayaqlarınızdan istifadə etməli olduğunuz təhlükəsi vəziyyətlərdə çox yararlı ola bilər,” Intelliniumun baş icraçı direktoru Metyu Destrian deyir.
Baş barmağınızla bu düyməyə basanda, nöqtə və xəttlər əmələ gəlir və bu işarələr, SOS kimi öncədən müyyən edilmiş mesajlara çevirilir.
Şirkət ağıllı ayaqqabını bir neçə məkanda sınaqdan keçirmək istəyir. Buna inşaat əraziləri ilə neft yataqları da daxildir.