Əfqanıstanın kərpic zavodunda işləyən uşaqlar [Video]

Your browser doesn’t support HTML5

Hələ də müharibənin davam etdiyi Əfqanıstanda valideynlər uşaqlarını təhsil almaq üçün məktəbə göndərmək əvəzinə, ailəyə yardım etmək üçün işə göndərir. Lakin Amerikanın Səsinin Əfqan şöbəsi uşaqları kərpic zavodunda işləyən iki ailəyə borclarını qaytarmalarına yardım edib və bu ailələrin həyatını dəyişib.

Bu balaca uşaqlar kərpiclərlə oynamır, kərpic düzəldir. Uşaqlar hər gün səhərdən axşamadək palçıqdan kərpic düzəldərək, ailələrinə yardım etmək üçün pul qazanır.

Amerikanın Səsi kərpic zavodunun müdirindən 10 il əvvəl 1500 dollar borc alan və bu borcu hələ də qaytara bilməyən ailə ilə görüşüb. “Allaha and olsun, mən həyatımdan bezmişəm. Mənə mağazalarda pulsuz yemək və başqa əşyalar vermirlər. Zavod sahibi də mənə maaş ödəmir" deyə, kərpic zavodunda işləyən uşağın atası bildirir.

Uşaqların isə işləməkdən başqa seçimi yoxdur. Sabilə də kərpic zavodunda işləyir “Mənim atam tək işlıəyir, çünki qardaşımız yoxdur. Qardaşımız olsaydı, onlar işləyər, biz isə məktəbə gedərdik.”

Zavod sahiblərini born köləliyinin qansuz olduğu narahat etmir. Samiulla zavod rəhbəridir. “Onlara qarşı ayrı-seçkilik yoxdur, yalnız onlar aldıqları borcu geri qaytarmalıdır.”

Görünür vilayət qubernatorunun baş verənlərdən o qədər də xəbəri yoxdur. “Mən bu haqda dəqiq məlumat alacağam. Mənim işim insanların problemlərini öyrənib, onlara yardım etməkdir” deyə, gubaernatorluqdan menecer Səlim Xan Gündüzi bildirir.

Amerikanın Səsinin bu reportajı Aşa televiziyası ilə nümayiş etdirildikdən sonra dünya boyu insanlar yardım üçün minlərlə dollar göndərməyə başlayıb. Müxbir Zabiulla Qazı digər jurnalistlər və fəallarla birgə iki ailəyə yardım etmək üçün zavoda gedib. Jurnalist Məhəmməd Abid: “Biz buraya bu ümidlə gəldik, bundan sonra uşaqlar işləməyəcək, məktəbə gedəcək.”

Ailə başçıları uşaqlarının məktəbə gedəcəyinə söz verdilər. “Mən borcumu qaytarmağa çalışırdım. Artıq borcum olmadığı üçün, boyüklər işləyəcək, kiçiklər isə məktəbə gedəcək” deyə, ailə başçısı Burhanuddin bildirir.

Balaca Mərvə göz yaşlarını saxlaya bilmədi. “Mən çox sevinirəm. Mən məktəbə gedəcəyəm.”

Puldan əlavə bir neçə adam zavodda işləyən ailələrə yardım üçün ərzaq da gətirir. Baxmayaraq ki. Əfqanıstanda uşaq əməyi qeyri-qanunidir, ölkədəki iqtisadi böhran uşaq əməyindən istifadə etməyə yol açır.