Ağ Ev Kim Conq Unun Çin səfərini müsbət addım kimi qiymətləndirir [Video]

Your browser doesn’t support HTML5

Ağ Ev Şimali Koreya Lideri Kim Conq Unun Çin prezidenti Şi Tsinpin ilə gizli görüşünü Vaşinqton və Pxenyan arasında potensial danışıqlar ərəfəsində müsbət addım kimi qiymətləndirir. Lakin ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı “maksimum təzyiq” kampaniyasını davam etdirmək niyyətindədir.

Şimali Koreya lideri Kim Conq Un və Çin prezidenti Şi Tsinpin arasında keçirilən sürpriz görüş Vaşinqton tərəfindən müsbət addım kimi qiymətləndirilib.

ABŞ prezidenti Donald Tramp Twitter-də bu sözləri yazıb: “Çox yaxşı ehtimal var ki, Kim Conq Un öz xalqı və bəşəriyyət üçün düzgün olanı etsin.”

Ağ Ev mətbuat katibi Sara Hakabi Sanders deyir ki, bu ABŞ-ın Şimali Koreyaya təzyiqlərinin effektivliyin sübutudur.

“Biz ehtiyatlı optimist olmağa davam edəcəyik. Lakin hiss edirik ki, onlar düzgün istiqamətə hərəkət edirlər.”

Birləşmiş Ştatlar Şimali Koreyaya qarşı təzyiqləri sərt sanksiyalar vasitəsilə artırıb. Hətta Şimali Koreya ilə məhsul ticarətinə cəlb olunan şirkətlər belə hədəfə alınıb.

Ağ Ev rəsmi ABŞ-Şimali Koreya görüşün təsdiq etməkdən öncə gözləmə mövqeyindədir. Lakin Kimin Çindəki diplomatik debütü Şimali Koreyanın danışıqlara hazır olduğunun işarəsidir.

Ağ Ev mətbuat katibi Sara Hakabi Sanders: “Siz onun bu görüş üçün Şimali Koreya lideri olduğu gündən bəri ilk dəfə ölkəni tərk etdiyi gördünüz. Biz düşünürük ki, bu maksimum təzyiq kampaniyasının çalışdığının müsbət işarəsidir. Biz bu istiqamətdə işləməyi davam edəcəyik və ümid edirik ki, bu proses görüşlə nəticələnəcək.”

Kim Conq Unun 2011-ci ildə hakimiyyətə gələndiyindən bəri ilk xarici səfəri Çinlə Pxenyanın nüvə iddialarına səbəbilə gərginliyinin mövcud oluğu dövrə və eyni zamanda Cənubi Koreya ilə planlaşdırılan görüşdən bir neçə həftə öncəyə təsadüf edir.

Duqlas Paal, Karneqi Sülh Fondu: “Təbiidir ki, böyük görüş ərəfəsində sən Cənubi Koreyaya diplomatik manevrlərə malik olduğunu nümayiş etdirmək istəyirsən. Çin Şimali Koreya üçün bir növ tərəfdaşdır və hətta bu tərəfdaşlıq zəifləsə də, Kim Conq Unun görüş ərəfəsində təcrid olunmadığının göstəricisidir.”

Çin mətbuatı bildirir ki, Kim Conq Un nüvəsizləşdirilmə danışıqlarına hazırdır. Amma yalnız o şərtlə ki, Cənubi Koreya və Birləşmiş Ştatlar Pxenyanın səylərinə xoş niyyətlə cavab versin.

Brukinqs İnstitutunun Şərqi Asiya üzrə mütəxəssisi Riçard Buş:

“Şimali Koreyanın keçmişdə öz şərtlərini necə səsləndirdiyini nəzərə alsaq, çox güman ki, şərtlər arasında ABŞ Cənubi Koreya alyansına müəyyən bir nöqtədə son qoyulması, Amerika qoşunlarının Koreya yarımadasından çıxarılması və ABŞ nüvə çətirinin yığışdırılması ola bilər. Bu şərtlərin heç biri nə Amerika hökümətinin, nə də Cənubi Koreya hökümətinin razılaşmaq niyyətində olduğu məsələlərdir. ”

İki Koreya dövləti arasında danışıqlar aprel ayının sonu keçirilməsi planlaşdırılır. Ondan sonra isə Şimali Koreya lideri Kim Conq Un və prezident Tramp arasında görüşün keçiriləcəyi ehtimal edilir. O zamana qədər isə Tramp “maksimum təzyiq” kampaniyasını davam etdirmək niyyətindədir.