O, ağ ciyər infeksiyasından əziyyət çəkir
Cənubi Afrikanın sabiq prezidenti Nelson Mandela ağ ciyər infeksiyasına görə yenidən xəstəxanaya qayıdıb.
Prezident Ceykob Zumanın ofisinin yaydığı bəyanatda deyilir ki, cənab Mandela dekabr ayında eyni diaqnozla 3 həftə xəstəxanada müalicə edilmişdi.
O, xəstəxanada olduğu vaxt öd kisəsindəki daşa görə əməliyyat ediləcək.
Cənab Zuma 94 yaşlı Nobel mükafatı laureatına tezliklə sağalmağı arzulayıb və onu müalicə edəcək tibbi qrupa inandığını deyib.
Mandela azlıq təşkil edən ağdərili icmanın hakimiyyəti idarə etməsinə qarşı mübarizə apardığı üçün həyatının 30 ilini həbsxanada keçirdikdən sonra Cənubi Afrikanın 1994-cü ildə ilk qaradərili prezidenti seçilmişdi.