Afrika iqtisadi inkişafa təkan vermək üçün qaz ehtiyatlarından istifadə etməyə çağırılır

Your browser doesn’t support HTML5

Enerji üzrə ekspertlər Afrikanı iqtisadi inkişafını sürətləndirmək üçün daha çox qaz ehtiyaclarından istifadə etməyə çağırır. Vaşinqtonda bir qrup qitənin elektrik, səhiyyə və ətraf mühit məqsədlərinə çatması üçün təbbi qazın rolunu müzakirə etmək məqsədilə bir araya gəlib. Bu görüş Afrika İnkişaf Bankı, Afrikanın iki mərkəzi bankı və 27 Afrika ölkəsindən ibarət Afrrica 50 tərəfindən maliyyələşdirilən hesabatın çıxdığı ərəfəyə təsadüf edib. Afica 50 bildirir ki, iki il öncə təsis olunandan bəri Nigeriya və Misirdə günəş panelləri, Seneqalda isə istilik zavodunu maliyyələşdirib.

Yeni yayılan hesabatda enerji üzrə ekspertlər bildirir ki, Afrikada təbii qaz ehtiyatlarının araşdırılması və istehsalı üçün böyük potensial var. Africa 50-nin baş icraçı direktoru Alan Ebobisse Vaşinqtonda Atlantik Şurada bu barədə danışıb.

Afrika iqtisadi inkişafını artırmaq üçün qaz ehtiyatlarından bir az daha çox istifadə etməlidir və mən inanıram ki, Africa50 digər investorlarla birlikdə işləyərək qaz boru kəmərlərinə və qazpaylayıcı şəbəkələrə sərmaye qoya bilər.
Alan Ebobisse

“Biz Afrikada dünyanın bilinən qaz ehtiyatlarının 7.5 faizinə sahibik. Biz belə bir sərvətin üzərində oturmuşuq”, Ebobisse deyir.

O, Amerikanın Səsinə bildirib ki, Africa50-nin səhmdarları enerji sənayesini inkişaf etdirmək üçün 850 milyon dollar vəd edib.

“Afrika iqtisadi inkişafını artırmaq üçün qaz ehtiyatlarından bir az daha çox istifadə etməlidir və mən inanıram ki, Africa50 digər investorlarla birlikdə işləyərək qaz boru kəmərlərinə və qazpaylayıcı şəbəkələrə sərmaye qoya bilər” - deyə, Ebobisse bildirir.

Ekspertlər deyir ki, Afrika əhalisi artmağa və qitənin iqtisadiyyatı genişlənməyə davam etdiyi bir vaxt, enerji sektoru indi və gələcəkdə tələb və təklifin balansını təmin etməlidir.

Sabiq ABŞ enerji naziri Ernest Moniz hazırda hesabatı hazırlayan Enerjinin Gələcəyi Təşəbbüsünün prezidentidir.

“İqlim və ətraf mühitə təsiri baxımından, Afrika hazırda elektrik istehsal etmək üçün 45 faiz kömür və yağdan istifadə edir. Elektrikdən istifadə kəskin artacaq. Əgər bu, kömürün sayəsində artsa, karbon emissiyaları baxımından çox pis olacaq”, o deyir.

Lakin Moniz söyləyir ki, təbii qazın potensialını maksimum həddə çatdırmaqla yenilənə bilən enerji mənbələrinin inkişafının qarşısı alınmır.

“Fikrimcə təbii qaz yenilənə bilən enerjiləri dəstəkləyəcək. Əsas çətinlik qaz bazarları ilə qaz infrastruktunu birlikdə inkişaf etdirib, inkişaf edən iqtisadiyyatların ehtiyaclarını qarşılamaqdadır”, Alan Ebobisse deyir.

Ebobissenin sözlərinə görə, artan tələbi qarşılamaq üçün özəl sektorun sərmayesinə ehtiyac olacaq.

Unutmayın, kapitalın ömrü qısadır. Əgər sizin ölkə istəməsə, o başqa yerə gedəcək. Əgər siz hökümət və bürokratiya olaraq cəld qərar versəniz, sərmaye üçün ölkənizə daha çox insanı cəlb edəcəksiniz.
Endrü Kamau

“Bu gündə siyasətçilər arasında belə konsensus var ki, onlar özəl sərmayeçiləri cəlb etmək üçün doğru addımları atmalıdırlar, çünki hər kəs anlayır ki, qaz məsələsində infrastruktur boşluğunu doldurmaq üçün ictimai sərmaye kifayət deyil”, o söyləyir.

Keniyanın enerji və yanacaq nazirliyindən Endrü Kamau qanunvericiləri cəld davranmağa çağırır.

“Unutmayın, kapitalın ömrü qısadır. Əgər sizin ölkə istəməsə, o başqa yerə gedəcək. Əgər siz hökümət və bürokratiya olaraq cəld qərar versəniz, sərmaye üçün ölkənizə daha çox insanı cəlb edəcəksiniz” – deyə, o bildirir.

Bu arada isə ekspertlər deyir ki, qitənin böyük potensialı hələ də üzə çıxarılmayıb.