Afrikanın ən iri əhalisinə malik Nigeriya Liviyanın üsyançı şurasını xalqın legitim təmsilçisi kimi tanıyıb.
Nigeriyanın xarici işlər naziri Viola Onvuliri Müəmmər Qəzzafini dərhal istefa verməyə çağırıb.
Üsyançılar Tripoliyə nəzarəti gücləndirdikcə artan sayda ölkələr Milli Keçid Şurasının liviya hökuməti kimi tanıyırlar.
Keniya hökuməti hələlik Milli Keçid Şurasını rəsmən tanımasa da üsyançıları ölkədə siyasi dialoq qurmağa və “azad və ədalətli seçkilərin” təşkilinə çağırıb. Keniya hökumətinin açıqladığı bəyanatda Qəzzafi rejimin dağılmaq üzrə olduğu vurğulanır.