Afrika Birliyi Liviyada sülhün bərqərar edilməsi və humanitar yardım səylərini müzakirə edib

  • Amerikanın səsi

Afrika Birliyi Liviyada sülhün bərqərar edilməsi və humanitar yardım səylərini müzakirə edib

Afrika Birliyi Liviyada sülün bərqərar edilməsi və humanitar yardım səylərini müzakirə edib. Cənubi Afrika prezidenti Ceykob Zuma Pretoriya şəhərində keçirilən sammitə ev sahibliyi edir. Mavritaniya, Uqanda və Malinin dövlət başçılarının iştirakı ilə keçirilən yığıncaqda cənab Zuma deyib ki, Liviyada münaqişənin əsas səbəbi olan siyasi islahatlar həyata keçirilməlidir. Liderlər afrikalı miqrantlar da daxil edilməklə, xaricilərin təhlükəsizliyinin təminat altına alınmasının vacibliyini vurğulayıb. Cənab Zuma NATO-nu Qəzzafinin öldürülməsi üçün hərbi əməliyyatlardan istifadə etməməyə çağırıb. O, BMT-nin qənaməsi ilə həyata keçirilən həbi missiyasının rejim dəyişikliyi və ya siyasi sui-qəsdlər deyil, mülki vətəndaşların müdafiəsinə yönəldiyini deyib. Cənubi Afrika prezidenti Afrika Birliyinin münaqişənin siyasi yolla həllinə inandığını bildirib. Afrika Birliyi bundan əvvəl Qəzzafi ilə rəqib döyüşçülər arasında sülh müzakirələrinə vasitəçilik etməyə çalışmışdı.Lakin ötən ay cənab Zumanın Tripolidə Müəmmər Qəzzafi ilə görüşü nəticəsiz qalmışdı.