İtaliya yaxınlığında gəmi aşıb

İtaliyanın Lampedusa adasının rəsmiləri bildirir ki, afrikalı mühacirləri daşıyan gəmidə yanğının baş verməsi və daha sonra gəminin aşması nəticəsində azı 82 nəfərin həlak olub.

Hökümət rəsmiləri indiyədək 150 nəfərin xilas edildiyini deyib.

Gəmidə olan insanların ümumi sayı və yanğının baş vermə səbəbləri hələlik təsdiq olunmayıb.

Lampedusa adası Afrika qitəsinə İtaliyadan daha yaxındır. Adətən bu ada
vasitəsilə mühacirlər Avropa İttifaqına qaçaq yolla keçməyə çalışır.

Həftənin əvvəli mühacir olduqları ehtimal edilən 13 nəfər gəmiləri batdıqdan sonra üzərək Siciliya adasına çıxmağa cəhd göstəriblər.