Əfqanıstanda koalisiya qüvvələri tərəfindən 8 qadın və qız öldürülüb

아프가니스탄 주둔 나토군(자료사진)

Əfqan rəsmilərinin bildirdiyinə görə, NATO-nun koalisiya qüvvələri tərəfindən 8 qadın və qız öldürülüb. Onların Lagman vilayətində hava hücumları zamanı həlak olduğu bildirilir.

Öldürülənlərin cəsədlərini vilayətin paytaxtına aparan kəndlilər “Amerikaya ölüm” şüarları səsləndirib. NATO hücumun hədəfinin 45 yaraqlı olduğunu və mülki əhali arasında tələfata görə təəssüfünü bildirib.

Zabul vilayətində 4 Amerika əsgərinin öldürüldüyü xəbər verilir. Lakin koalisiya qüvvələri onların kimliyini açıqlamayıb.

Dünən Helmənd vilayətində iki Britaniya əsgəri öldürülüb.

Hücumların məsuliyyətini Taliban üzərinə götürüb.