Əfqanıstanda polis rəisi qətlə yetirilib

Əfqanıstanın Fərah vilayətinin polis rəisi naməlum silahlılar tərəfindən qətlə yetirilib.

Rəsmilər deyir ki, odlu silahdan açılan atəş nəticəsində öldürülərkən rəis Əbdül Qani evinin yaxınlığında olub. İstintaqa hələlik heç bir şübhəli cəlb edilməyib.

Yerli vilayət rəsmisi Əbdül Rəhman Cavandaya istinad edən Associated Press bildirir ki, Qəninin fəaliyyət göstərdiyi Xaki Səfəd rayonunda yaraqlılara qarşı apardığı mübarizə nəticəsində bir neçə Taliban lideri ələ keçirilib və ya öldürülüb. Sözçü ehtimalına görə, bu, polis rəisini Talibanın hədəfinə çevirmişdi.