Əfqanıstanda beynəlxalq koalisiya əfqan ordusunun formasında olan şəxsin NATO əsgərini öldürdüyünü bildirib. Beynəlxaq Təhlükəsizliyə Yardım Qüvvələrinin bəyanatında hadisə ilə bağlı təhqiqat aparıldığı bildirilir. Əsgərin milliyəti haqda məlumat verilmir. Şübhəli şəxsin Əfqanıstanın milli ordusuna mənsub olduğu, ya da ordu formasını maskalanmaq üçün geydiyi aydın deyil. Son aylar əfqan ordusunun geyimində olan şəxslərin NATO və əfqan ordusunun mövqelərinə hücum etdiyi bir neçə hal qeydə alınıb.