Taliban ictimaiyyət qarşısında edamları müdafiə edir

Əfqanıstandakı sərt-xətt Taliban hökuməti cümə axşamı ilk dəfə şəriət və ya İslam qanunlarının ədalət məhkəməsinin ictimaiyyət qarşısında edamla bağlı beynəlxalq etirazın "ölkənin daxili işlərinə qarışmaq" olduğunu deyərək, qınayıb.

Talibanın sözçüsü Zabihulla Mücahid verdiyi açıqlamasında tənqidlərin "çox təəssüf ki" İslam dini, eləcə də əhalinin 99%-dən çoxunun müsəlman olan Əfqanıstan haqqında anlayışının və araşdırmanın olmaması səbəbindən qaynaqlandığını deyib.

"Onlar ölkədə İslam qanunlarının və sisteminin tətbiqi yolunda çox sayda qurban verib" - deyə, Mücahid bildirib.

Radikal Taliban keçən il hakimiyyəti ələ keçirdikdən sonra çərşənbə günü qətldə təqsirli bilinən bir şəxsi edam edərək, ictimaiyyət qarşısında ilk edamını həyata keçirib. Bu, qlobal insan haqları müdafiəçilərinin qəzəbinə səbəb olub. Birləşmiş Ştatlar edamı "qəddarlıq" adlandırıb.

Edam yüzlərlə tamaşaçı və Talibanın yüksək səviyyəli rəsmiləri qarşısında, Fərəh vilayətindəki idman stadionunda həyata keçirilib. Rəsmilər qurbanın atası tərəfindən çıxarılan hökmün İslam qanununa uyğun "qisas" olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatı bu addımı qınayaraq, bunun "qəddarlıq, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza" adlandırıb və "beynəlxalq qanunlara zidd" olduğunu bildirib.

Mücahid ictimaiyyət qarşısındakı edamı müdafiə edərək, ölüm cəzasının "bütün dünyada, hətta Amerika və Avropada da verildiyini" deyib.

Son zamanlar Taliban rəsmiləri paytaxt Kabil də daxil olmaqla, bir neçə bölgədəki izdihamlı futbol stadionlarında zina, oğurluq, evdən qaçma kimi "qanunsuz hərəkətlərə görə" onlarla kişini və qadını şallaq cəzasına məhkum edib.