Əfqanıstanın hökumət sözçüsünün bildirdiyinə görə, Kabildəki hökumət binasına hücum zamanı 43 nəfər ölüb.
Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.
Bazar ertəsi binanın qarşısında avtomobildəki intiharçının bombanı partlaması ilə başlanan hücum 7 saat davam edib.
Rəsmilər hücum zamanı azı 10 nəfərin yaralandığını bildirib. Qarşıdurma zamanı bir polis işçisi və üç militant ölüb. Hücum başlayan kimi 200-dən çox işçi binadan sağ-salamat çıxarılıb.
Hücum Birləşmiş Ştatlar prezidenti Donald Trampın Əfqanıstanda olan 14 min ABŞ hərbçilərindən yarısını çıxarmaq barədə açıqlamasından bir gün sonra həyata keçirilib.