Əfqanıstanın Helmənd vilayətindəki hərbi baza yaxınlığında intiharçının bomba yerləşdirilmiş yük maşınını partlatması Gürcüstanın yeddi əsgərinin ölümünə səbəb olub. Hücuma görə məsuliyyətini Taliban öz üzərinə götürüb.
Rəsmilər bu hücumla Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində xidmət edərkən ölən Gürcüstan əsgərlərinin sayının 30-a çatdırdığını bildirib.
Keçən ay da Helmənd vilayətindəki digər bazaya edilən hücum zamanı Gürcüstanın üç əsgəri həlak olmuşdur.