Əfqanıstanda NATO konvoyuna hücum olub (Yenilənib)

Əfqanıstanın cənub bölgəsindən alınan məlumatda deyilir ki, intiharçının NATO konvoyuna hücumu zamanı bomba yerləşdirilmiş maşını partlatması nəticəsində azı 5 mülki vətəndaş ölüb.

Rəsmilər Kapisa vilayətinin Taqab mahalında həyata keçirilmiş hücum zamanı azı 15 nəfərin də yaralandığını bildirib.

NATO hərbi qulluqçularının xəsarət almadığı deyilir.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb.