Paytaxt Kabildə yüksək təhlükəsizlik tədbirləri həyata keçirilib
Əfqanıstan şiə müsəlmanlar Aşura gününü qeyd etmək üçün paytaxt Kabildə toplaşıb. Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin yeddinci əsrdə qətlə yetirildiyi günü qeyd edən müsəlmanlar şəhərdə Əbül Fəzl məbədinin önünə yığışıb. Keçən il bu yerdə baş vermiş intiharçı hücumu nəticəsində 55 adam həyatını itirmişdi.
Aşura günü ilə əlaqədar tədbirlər paytaxtdə yüksək tədbirlərinin görüldüyü bir şəraitdə keçirilir. Təhlükəsiziliyin təmin edilməsi üçün Əfqanıstan qüvvələrinin minlərlə üzvü küçələrdə yerləşdirilib.
Müsəlman təqviminə görə məhərrəm ayının 10-cü günü olan Aşura müsəlman dünyasında şiələr tərəfindən qeyd edilir. Şiələr İran, İraq, Livan və Behreyndə çoxluq, bütün dünya müsəlmanları arasında isə azlıq təşkil edirlər. Aşura günü çox zaman şiələr sünni ekstremistlərin hücumlarına məruz qalır.