Əfqanıstanın cənubunda NATO-nun bir əsgəri həlak olub

  • Amerikanın səsi

Əfqanıstanın cənubunda NATO-nun bir əsgəri həlak olub

NATO bildirir ki, bu gün Əfqanıstanın cənubunda bomba partlayışı zamanı alyansın bir əsgəri həlak olub. Dünən NATO ölkənin cənub və şimal bölgələrində iki bomba hücumu zamanı iki əsgərin həlak olduğunu bildirmişdi. Şənbə və bazar günü həlak olan əsgərlərin milliyyəti haqda məlumat açıqlanmayıb. Bununla belə, İsveç şənbə günü həlak olan əsgərlərdən birinin ölkənin hərbi qüvvələrində xidmət etdiyini bildirib. İsveç hərbi qüvvələri həmçinin bildirib ki, ölkənin daha iki əsgəri yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində yaralanıb. Əfqanıstanın hər yerində əfqan və koalisiya qüvvələri şənbə günü gecə keçirilmiş əməliyyatlar zamanı üsyançı olduğundan şübhələnilən bir neçə şəxsi həbs edib.