Əfqanıstanda bomba hücumları zamanı NATO-nun üç əsgəri həlak olub

  • Amerikanın səsi

Əfqanıstanda bomba hücumları zamanı NATO-nun üç əsgəri həlak olub

NATO-nun Əfqanıstandakı qüvvələri bomba hücumları zamanı üç əsgərin həlak olduğunu bildirir. NATO-nun bildirdiyinə görə, əsgərlərdən ikisi ölkənin şərq, üçüncü əsgər isə cənub regionunda bomba partlayışı zamanı həlak olub. Bundan əlavə məlumat verilməyib. Əfqanıstanda bu il 530 əsgər həlak olub. Bu, 2001-ci ildə ABŞ-ın ölkəyə müdaxiləsindən sonra ən beynəlxalq qüvvələrin ən çox tələfat verdiyi ildir.

NATO bu gün habelə əfqan və koalisiya qüvvələrinin ölkənin şərqində Lağman vilayətində əməliyyat zamanı 30 yaraqlını qətlə yetirdiyini bildirib.