Bu il sovet qüvvələrinin Əfqanıstanı tərk etməsindən 30 il ötür. 9 illik hərbi kampaniya 15 min sovet əsgərinin həyatı bahasına başa gəlib. Müharəbə hətta bu gün Rusiyanın gündəmindədir. Mayın 10-da rusiyalı kino-rejissor Pavel Lunqinin “Əfqanıstandan çıxış” filmi müharibəsnin sonu barədədir. Müharibənin özü kimi bu film də mübahisələr mövzusudur.
Pavel Lunqin anti-müharibə filmi yaratmaq və eyni zamanda Sovet-Əfqanıstan münaqişəsinin mənasız və qəddar tərəflərini nümayiş etdirmək istəyib.
Bu filmi ilə o, yaraları yenidən deşmiş və Rusiya ictimaiyyəti arasındakı dərin müxalifliyi üzə çıxarmışdır.
"Bu yaralar sağalmayıb. Onlar bizim şüurumuzda qalıb və çürüməkdə davam edir" , Pavel Lunqin deyib.
Lunqinin “Əfqanıstandan çıxış” filmi bəzi siyasətçilər, veteran təşkilatları və fəalların tənqidlərinə tuş gəlib. Onlar hesab edir ki, sovet qüvvələri ilə mücahidinlərin bərabər içdikləri, talançılıq etdikləri və dava saldıqları kimi səhnələr vətənpərvərlikdən uzaq olmaqla yanaşı, Rusiyanın imicinə xələl gətirir.
"Bunlar bizim gəncləri, vətən naminə maarifləndirilməyə ehtiyacı olan insanlara təhqir demədir" , müharibə veteranı Norat Ter-Qriqoryants deyib.
"Burada göstərilənlər həqiqətə uyğun deyil. Onlar nə talançı, nə alkoqolik, nə də dəyəsiz insanlar idi. Onlar dissiplinli qüvvələr idi" - deyə, "Prezident" qəzetinin redaktoru Sergey Komkov bildirib.
Filmə etiraz edənlər Lungini "Qərbin casusu" adlandıraraq, filmin icarə lisenziyasının ləğvinə çağırır.
"Sovet düşüncəli insanlar həqiqəti xəyanət hesab edirlər. Sanki bu, gənclər və xaricilərdən gizlədilməli bir hərbi sirdir" , Pavel Lunqin deyib.
Bəziləri sovetin Əfqanıstan müharibəsi və Rusiyanın xaricdəki hazırkı hərbi kampaniyaları arasında parallel gətirir.
Lakin opponentlər Kremlin imperialist təkəbbürünü rədd edir.
"Rusiya heç vaxt işğalçı və ya təcavüzkar olmayıb. Rusiya heç kimlə ittifaq qurub, ərazilərini genişləndirmir" - deyə, "Prezident" qəzetinin redaktoru Sergey Komkov bildirib.
Rejissor isə filmi Rusiya ictimaiyyəti üçün özünə baxış imkan adlandırır.
"Biz öz tariximizə etikal dəyər vermirik. Dəyələndirmə həmişə eynidir. Rusiya həmişə düzdür."
Filmin özəl nümayişindən sonra tamaşaçılar vicdanın araşdırlmasına yüksək qiymət verib.
((Moscow Moviegoer, (female in Russian ))
"Heç kimə müharibə lazım deyil. Bu, ilk növbədə bizim istəyimizə nail olmağımızı təmin etməyəcək" , izləyici deyib.
"Tarixçilər deyir ki, biz Əfqanıstanda iki səhvə yol vermişik. Biri, niyə ora girdiyimiz, ikincisi isə niyə aradan çıxdımızdır" , izləyici deyib.
Əfqanıstanın sovet qüvvələri tərəfindən 9 illik işğalı, ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Brzejinskinin dediyi kimi "SSRİ-nin Vyetnamı"dır.
Minlərlə insan həyatı bahasına başa gələn əməliyyatlar şücaət kimi qiymətlərndirilsə də, filmin rejissoru buna ikinci bir baxış imkanı bəxş edib.