Ərini tərk etdiyi üçün qulağı və burnu kəsilən əfqan qadınının vahimə doguran şəkli Dünya Mətbuat Foto mükafatına layiq görüldü. Fotoqraf Codi Bieber mükafatı Time jurnalı üçün çəkdiyi şəkilə görə bu gün aldı.
Mükafata dair xəbər məşhur ABŞ qəzetində əfqan hökuməti qadınların sığınacaqlarda yaşamaları üçün hökumət qurumundam icazə almalarına dair yeni qanun barədə çıxan məqalənin ardınca yayılıb.
New York Times-ın verdiyi məlumata görə təklif olunmuş qanuna əsasən qadınların sığınacaqlarda yaşamalarına dair icazənin verilmədiyi təqdirdə sığınacaqlar qadınları geri evlərinə ya da həbsxanaya göndərəcəklər. Qəzet məlumat verir ki, hər iki yerə göndərildikləri halda qadınlar döyülmək hətta öldürülmək təhlükəsi ilə üzləşəcəklər.