Kabildə daha bir bomba hücumu olub [Yenilənib]

Əfqan polisinin bildirdiyinə görə, Kabildə beynəlxalq hərbi qüvvələrlə işləyən şirkətə edilən hücum azı 7 nəfərin ölümünə, 4 nəfərin yaralanmasına səbəb olub. Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb.

Rəsmilər yaraqlıların bomba yerləşdirilmiş maşını uzaqdan idarə etməklə partlatdıqlarını deyirlər. Hadisə zamanı azı 2 yaraqlının Əfqanıstanın təhlükəsilik qüvvələri tərəfindən öldürüldüyü deyilir. Ölənlər arasında 4 Nepal əsgəri və 3 mülki vətəndaşın olduğu bildirilir.

Bu gün Əfqanıstanın paytaxtında həyata keçirilən hücum Daxili İşlər Nazirliyinin sözçüsü Sadiq Sadiqinin may ayının 10-dan iyun ayının 13-dək ölkədə ölənlərin sayının 299, yaralananların isə 618 olduğunu deməsindən bir gün sonraya təsadüf edir.