Əfqanıstanın yaraqlılarla sülh müzakirəçisi minaya düşüb

Əfqanıstan rəsmilər deyir ki, yol üzərində yerləşdirilmiş bolbanın partlaması nəticəsində prezident Həmid Karzayın Ali Sülh Şurasının üzvü yaralanıb.Yaraqlılarla sülh müzakirəçisi təyin olunmuş Fazil Əhmədi Qəzni vilayətinə aparan avtomobil bu gün minaya düşüb.

Hadisə nəticəsində cənab Əhmədin özü və digər sərnişinlər yaralanıb, avtomobilin sürücüsü isə həlak olub. Əhməd Əfqanlstan Ali Sülh Şurasının 70 üzvündən biridir.

Bundan başqa yerli rəsmilər deyir ki, Əfqanıstan Təhlükəsizlik Qüvvələri Cavzcan vilayətində əməliyyatlar zamanı 18 Taliban yaraqlısını öldürüb. Məlumata görə öldürülənlərdən ən az biri kölgə vilayət qubernatorudur.