ABŞ-ın Əfqanıstanda sülh danışıqları səyləri maneələrlə qarşılaşır

Əfqanıstanın Taliban hərəkatı mayın 1-də ABŞ-ın rəhbərlik etdiyi xarici qüvvələrin müharibədən sarsıdılmış ölkədən çıxarılması möhlətinin yaxınlaşması ilə liderlərinin ABŞ-la sülh danışıqlarını yenidən başlatdıqlarını bildirib.

İslamçı qrupun sözçüsü görüşün cümə axşamı Qətərin paytaxtı Dohada baş tutduğunu deyib. O, müzakirə komandalarına Taliban siyasi rəis müavini Əbdül Qani Baradarın və ABŞ-ın xüsusi Əfqanıstan sülh elçisi Zalmay Xəlilzadın rəhbərlik etdiyini bildirib.

Taliban Əfqanıstan Prezidenti Əşrəf Qani hökumətini qanunsuz adlandıraraq, ABŞ-ın Əfqanıstan işğalının məhsulu kimi rədd edərək, Əfqanıstanda sülh danışıqları ilə Kabildə “İslam” hökumətinin qurulmalı olduğunu deyir.

Qani şənbə günü hökuməti qurmağın yeganə yolunun “beynəlxalq birliyin himayəsi altında azad və əhatəli seçkilər” olduğunu və ölkə konstitusiyasında güzəştə getməyəcəyini bildirib.

"Seçkilərin tarixi haqqında da danışa bilərik və bir nəticəyə gələ bilərik" - deyə, Qani Kabildə qanunverici Milli Məclisin üçüncü müddətini açıq elan edərkən bildirib.

Xəlilzad Əfqanıstandan Dohaya getmiş, orada Kabil hökumət rəsmiləri, vətəndaş cəmiyyəti liderləri və digər siyasi xadimlərlə barışıq prosesinin irəliləməsinə dair məsləhətləşmələr keçirmişdi.

ABŞ-Taliban arasında daha əvvəl əldə edilən razılaşmasına əsasən Amerika və NATO əsgərlərini may ayına qədər ölkədən çıxaracaq, bunun əvəzində isə üsyançılar terror əməliyyatlarını dayandıracaq və iyirmi illik müharibəyə həmişəlik son qoymaq üçün əfqan rəqibləri ilə danışıqlara başlayacaq.