Qızıl çıxaranlar əmək haqlarını tələb edib
AzadlıqRadiosunun məlumatına görə, AİMROC şirkətinin (Daşkəsəndə qızıl hasilatı ilə məşğul olan şirkət) – işçiləri fevralın 8-də Daşkəsəndə İcra Hakimiyyəti binasının qarşısında etiraz aksiyası keçiriblər. Əmək haqlarını tələb edən aksiyaçılara növbəti dəfə söz verilib ki, pulları ödəniləcək.
Bir neçə gün əvvəl həmin şirkətin işçiləri Bakıda da eyni tələblərlə aksiya keçirmişdilər. 150-ə yaxın işçi 22 aydır ki, əmək haqlarını ala bilmədiklərini deyirlər