Türkiyədə məktəb yanğını ilə əlaqədar 6 nəfər nəzarət altına alınıb

Türkiyədə məktəb yanğını ilə əlaqədar 6 nəfər nəzarət altına alınıb.

Çərşənbə günü Adana vilayətinin Aladağ rayon məktəbində yanğın nəticəsində 12 nəfər ölüb, 22 adam xəsarət alıb.

Məktəbin qız yataqxanasında baş verən yanğına elektrik xətlərindəki nasazlıq yol açıb.

Nəzarət altına alınanlar məktəbin rəhbərliyi və işçiləridir. Onlar mümkün səhlənkarlıq ittihamı ilə üzləşə bilər.

Adananın meri Hüseyn Sözlü mediaya bildirib ki, yataqxana qapısı bağlı olub və şagirdlər qapını aça bilməyib.

Adana valisi Anadolu xəbər agentliyinə yaralananların tüstüdən zəhərləndiyini və binanı tərk etməyə çalışarkən müxtəlif bədən xəsarəti aldıqlarını bildirib.