Təbrizli jurnalist İranın yeni prezidentinin xarici siyasətdə dəyişəcəyi istiqamətlərə nəzər salıb
“Həsən Ruhaninin prezidentliyi dönəmində, İranın qərb ölkələri, habelə bəzi qonşuları ilə münasibətlərinin yaxşılaşması mümkündür, ancaq Azərbaycan Respublikası ilə yaşadığı gərginliklər azalmayacaq. İran İslam Respublikasının Azərbaycanın varlığı ilə problemi var,”-deyə təbrizli jurnalist Adam Balmoral söyəlir.
Azərbaycanlı jurnalist, radio proqramçısı və Kanada Mühafizəkar Partiyasında Orta Şərq üzrə lobbiçilik qrupunda çalışan Adam Balmoral Amerikanın Səsinə müsahibəsində İranın yeni prezidenti Həsən Ruhani dövründə ölkənin xarici siyasəti, nüvə proqramı böhranı, insan haqları və etnik azlıqların durumu kimi sahələrdə baş verə biləcək dəyişikliklər haqqında danışıb.
Jurnalistin sözlərinə görə, Həsən Ruhani seçkilərdən qısa bir müddət öncə Azərbaycan və Türkiyə ilə bağlı mənfi fikirləri bəyan edərək Azərbaycan Respublikasının İranın ərazi bütövlüyünə təhdid təşkil etdiyini vurğulayıb.
“Bu göstərir ki, Ruhani dövründə də İran Azərbaycan Respublikasında Güney Azərbaycan ilə bağlı fəaliyyətlərin həyata keçirilməsinə maneə törədəcəkdir. Biz hər zaman görmüşük ki, İran İslam Respublikası Türk dilində təhsil yasağına qarşı olan etirazları belə öz ərazi bütövlüyünə təhdid hesab
edib,”- deyə qeyd edən cənab Balmoral İranın Azərbaycan Respublikasının varlığı ilə problem yaşadığını söyləyir.
Yeni prezident iyunun 16-da yayılan İran Diplomatiyası veb səhifəsi ilə müsahibəsində Azərbaycan Respublikası və Türkiyə ilə bağlı baxışını açıqlayıb.
“Şimal qonşularımız arasında, Azərbaycan mübaliğəsiz İrana qarşı bir təhlükəsizlik təhdidinə çevrilib. Azərbaycanda İrana qarşı həyata keçirilən bəzi fəaliyyətlər bu ölkənin bəzi rəsmilərinin İranın təhlükəsizliyi və ərazi bütövlüyünü riskə atmağa həvəsli olduqlarını göstərir. İran rəsmiləri belə məsələlərə etinasız yanaşmamalıdır. Əlbəttə, bu gərginlik və böhran yaratmaq mənasında deyil, ancaq gələcək hökümət bu məsələni tədbirli, səbrli və kəskin şəkildə ələ almalıdır,”-deyə din xadimi Həsən Ruhani İran Diplomatiyası ilə müsahibədə qeyd edib.
Kanadanın Vankuver Şəhərində proqram yayımlayan Odlar Yurdu radiosu əməkdaşının dediklərinə görə, Həsən Ruhani höküməti nüvə müzakirələri və qərb ölkələri, habelə Ərəb qonşuları ilə əlaqələrində daha diplomatik addım atıb və Əhmədinejad ilə müqayisədə daha bacarıqlı bir xarici siyasət sərgiləyəcəkdir.
Bəzi siyasi ekspertlərin fikrincə, Həsən Ruhaninin İran İslam Respublikasının nüvə proqramı böhranı və Qərblə gərgin münasibətinə dair düzgün siyasət yürüdə biləcəyi təqdirdə, sanksiyaları azaltmaqla yanaşı, Qərbin insan haqları pozuntuları səbəbilə İrana qarşı təzyiqləri də nisbətən azalda bilər. Cənab Balmoral eyni fikri paylaşsa da, İranın beynəlxalq münasibətlərini düzəltmək üçün daha məsuliyyətli davranmağa ehtiyacı olduğunu vurğulayır.
Your browser doesn’t support HTML5
Azərbaycanlı jurnalist, radio proqramçısı və Kanada Mühafizəkar Partiyasında Orta Şərq üzrə lobbiçilik qrupunda çalışan Adam Balmoral Amerikanın Səsinə müsahibəsində İranın yeni prezidenti Həsən Ruhani dövründə ölkənin xarici siyasəti, nüvə proqramı böhranı, insan haqları və etnik azlıqların durumu kimi sahələrdə baş verə biləcək dəyişikliklər haqqında danışıb.
Jurnalistin sözlərinə görə, Həsən Ruhani seçkilərdən qısa bir müddət öncə Azərbaycan və Türkiyə ilə bağlı mənfi fikirləri bəyan edərək Azərbaycan Respublikasının İranın ərazi bütövlüyünə təhdid təşkil etdiyini vurğulayıb.
“Bu göstərir ki, Ruhani dövründə də İran Azərbaycan Respublikasında Güney Azərbaycan ilə bağlı fəaliyyətlərin həyata keçirilməsinə maneə törədəcəkdir. Biz hər zaman görmüşük ki, İran İslam Respublikası Türk dilində təhsil yasağına qarşı olan etirazları belə öz ərazi bütövlüyünə təhdid hesab
Şimal qonşularımız arasında, Azərbaycan mübaliğəsiz İrana qarşı bir təhlükəsizlik təhdidinə çevrilib. Azərbaycanda İrana qarşı həyata keçirilən bəzi fəaliyyətlər bu ölkənin bəzi rəsmilərinin İranın təhlükəsizliyi və ərazi bütövlüyünü riskə atmağa həvəsli olduqlarını göstərir. İran rəsmiləri belə məsələlərə etinasız yanaşmamalıdır. Əlbəttə, bu gərginlik və böhran yaratmaq mənasında deyil, ancaq gələcək hökümət bu məsələni tədbirli, səbrli və kəskin şəkildə ələ almalıdırHəsən Ruhani